Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər yapon polisinə etika “dərsi” keçəcək
Yapon polisi kibercinayətkarlıqla mübarizə aparmaq məqsədilə etik hakerləri əməkdaşlığa cəlb edəcək. Yaponiyanın hakimiyyət orqanları ümid edir ki, bu addım kompüterləri uzaq məsafədən idarə etmək üçün istifadə edilən viruslar haqqında daha çox informasiya toplamağa kömək edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, bəzi müstəntiqlərin hakerlərlə əlaqələri olmasına baxmayaraq, bu addım yapon polisinin etik hakerləri əməkdaşlığa cəlb etmək üçün təşəbbüs etdiyi birinci rəsmi cəhddir.
Yaponiya hazırda kibercinayətkarlıqla mübarizəyə xüsusi önəm verir. Cari il yanvarın əvvəlində kibercinayətkarlar Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyinin kompüterlərinə icazəsiz giriş həyata keçirərək əhəmiyyətli məlumatları ələ keçiriblər.
Emil Hüseynov
26/01/13 Çap et