Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da “kiber 9/11” təhdidi labüddür
ABŞ-ın daxili təhlükəsizlik naziri Canet Napolitano kiberməkanda gözlənilən təhdid haqqında xəbərdarlıq edib. Onun sözlərinə görə, haker hücumunun nəticələri dağıdıcı "Sendi" qasırğası ilə müqayisə edilə bilər. O vurğulayıb ki, "kiber 9/11" labüddür.
O, su kəməri, elektrik stansiyaları, qaz kəməri və digər bu kimi mühüm infrastruktur obyektlərini haker hücumlarına qarşısında “aciz” adlandırıb.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Daxili Təhlükəsizlik Nazirliyi 2002-ci il noyabrın 25-də yaradılıb. Qurum terror aktlarının qarşısını alacaq və təbii fəlakətlərin nəticələri ilə mübarizə apara biləcək tədbirlərin hazırlanması ilə məşğul olur.
Emil Hüseynov
28/01/13 Çap et