Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada birinci ərəb proqramlaşdırma dili yaradılıb (VİDEO)
Ənənəvi olaraq bütün proqramlaşdırma dilləri latın mənşəlidir, lakin yeni proqramlaşdırma dilində ərəb sintaksisindən istifadə edilir. Bu dilin yaradıcısı proqramçı Ramsi Nasser bildirib ki, hər bir proqramlaşdırma dilinin öz məntiqi və strukturu var.
Hər bir proqramçının isə mükəmməl kodla bağlı öz anlayışı var. O, “قلب” (elb kimi tələffüz edilir, tərcüməsi ürək deməkdir) adlı proqramlaşdırma dilində öz fikirlərini həyata keçirib. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Nasserin sözlərinə görə, onun yaratdığı proqramlaşdırma dilində eyni anda həm sintaksisin “estetik gözəlliyi”, həm tərtibetmə məntiqi, həm də hesablama effektivliyi reallaşdırılıb.
Proqramçı bildirib ki, proqramlaşdırma dilində birinci dəfə olaraq ərəb sintaksis strukturundan istifadə edilib. Hazırda Nyu-Yorkda yaşayan proqramçı qeyd edib ki, onun proqramlaşdırma dili bir növ incəsənətdir və istənilən hesablama növü üçün istifadə edilə bilər.