Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google+” sosial şəbəkəsi populyarlaşır
"GlobalWebIndex" şirkətinin mütəxəssisləri sosial şəbəkələrin yeni populyarlıq reytinqini dərc ediblər. Birinci yerdə, gözlənildiyi kimi, "Facebook" sosial şəbəkəsi qərarlaşıb: 2012-ci ildə onun fəal auditoriyası 33 faiz artıb.
Reytinqdə ikinci yerdə qərarlaşmış "Google+" şəbəkəsi əksər mütəxəssislər üçün gözlənilməz olub.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, 2012-ci ildə "Google" sosial şəbəkəsinin fəal istifadəçilərinin auditoriyası 27 faiz artıb. "Google+"-un şirkətin digər xidmətlərinə aktiv inteqrasiyası onun populyarlığına mühüm təsir göstərib.
Emil Hüseynov
28/01/13 Çap et