Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən böyük antivirus şirkətləri bazardakı mövqelərini itirir


“Gartner”in məlumatına görə, 2006-cı ildən 2010-cu ilə qədər informasiya təhlükəsizliyi üçün proqram təminatı təchizatçılarının ümumi payı 60%-dən 44,3%-ə qədər azalıb. Analitiklərin sözlərinə görə, bu tendensiya bazarda istifadəçi müdafiəsini innovasiya texnologiyaları əsasında təmin edən yeni şirkətlərin yaranması ilə bağlıdır. “Gartner” analitik şirkətinin məlumatına görə, göstərilən dövrdə “Symantec”in payı 29,5%-dən 18,9%-ə qədər, “McAfee” − 12,3%-dən 10,4%-ə qədər, “Trend Micro” - 8,1%-dən 6,3%-ə qədər, “İBM” - 5,3%-dən 4,9%-ə qədər, “CA” - 5%-dən 3,8%-ə qədər azalıb.


www.cnews.ru




28/07/11    Çap et