Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “Ailə TV” və “Ailə NET” abunəçiləri abunə haqlarını “easy pay” sistemi ilə ödəyə bilərlər


"Ailə TV" kabel operator televiziyası və "Ailə NET" internet provayderi abunəçilərə göstərilən xidmətlərə görə abunə haqlarının ödənilməsi istiqamətində yeni sistemin tətbiqinə başlayıb.

İndi "Ailə TV" və "Ailə NET" abunəçiləri abunə haqlarını digər vasitələrlə yanaşı, (paypoint terminalları, banklar, "Ailə TV" filialları və onlayn rejimində ödəniş) "easy pay" sistemi vasitəsilə də həyata keçirə biləcəklər. Bu barədə "Ailə TV"-nin Mətbuat xidmətindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, bunun üçün artıq şirkət müvafiq layihəni reallaşdırıb və hazırda abunəçilər bu imkandan yararlana bilərlər: "Yeni tətbiq olunmuş sistemdən yalnız "Ailə TV" -nin rəqəmsal yayımına qoşulmuş abunəçilər, eləcə də "Ailə NET" internet provayderinin xidmətlərindən istifadə edən abunəçilər istifadə edə bilərlər.

Kabel televiziyası və internet provayderin xidmətlərindən istifadəyə görə nəzərdə tutulmuş abunə haqqını ödəmək üçün abunəçilər Bakı şəhərinin müvafiq nöqtələrində yerləşən və "easy pay" sistemini dəstəkləyən ödəmə məntəqələrinə yaxınlaşmalı (əsasən mağazalarda terminallar vasitəsilə) və müvafiq məbləği ödəməlidirlər. Ödəmə məntəqələri və onların yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı abunəçilər 012 920 qısa telefon nömrəsinə zəng etməklə və ya "www.aile.tv" saytına daxil olmaqla əldə edə bilərlər".

Qeyd edək ki, yeni sistem abunəçilərə abunə haqqını daha rahat və tez həyata keçirmək imkanı yaradır. Bu sistemdən istifadə abunəçilərə daha keyfiyyətli xidmət göstərməyə şərait yaradır.

HƏQİQƏT




28/01/13    Çap et