Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” öz videohostinqini işə salıb


“Twitter” şirkəti qısa videoçarxların yaradılması və dərc edilməsi üçün nəzərdə tutulan “Vine” əlavəsini təqdim edib. “Vine” “iPhone”, “iPod” və “iPad” modellərində işləyir və onu “App Store” mağazasından pulsuz əldə etmək olar.

Əlavənin köməyi ilə altı saniyəlik səsli çarxlar yaratmaq və onu dostlarla paylaşmaq mümkündür. Yeni servisin yaradıcıları hesab edirlər ki, 6 saniyə “böyük fikri qısa formada” bildirmək üçün kifayət edir. Proqram səsi saxlamağa və bir neçə qısa çarxı montaj etməyə imkan verir. Video yalnız istifadəçi barmağını ekrana toxundurduqda yazılır.

Bununla yanaşı, istifadəçi videoyazını dayandıra və sonradan davam etdirə bilər, bu vəziyyətdə əlavə bütün əldə edilən fraqmentləri bir çarxda cəmləşdirəcək.

Emil Hüseynov




28/01/13    Çap et