Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni “BlackBerry” tanış olun
Yeni nəsil “BlackBerry” “ağıllı” telefonunun fotosu internetdə dərc edilib. Cihaz rəsmi olaraq yanvarın 30-da təqdim ediləcək. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “@evleaks” mikrobloqu “BlackBerry Z10”-un fotosunu internetdə yerləşdirib.
Qeyd edək ki, aparatın fotosu bundan əvvəl internetdə yerləşdirilmişdi. Yeni nəsil platformasında işləyəcək birinci “BlackBerry” “ağıllı” telefonu “BlackBerry Z10” adlandırılacaq. 2012-ci ilin dekabrında “BlackBerry Z10”-un xüsusiyyətləri dərc edilmişdi.
Qurğu 4,2 düymlü ekran, 1.5 QHs takt tezliyində işləyən ikinüvəli “TI OMAP 4470” prosessoru, 2 QB əməli yaddaş, 16 və ya 32 QB fləş-yaddaş, 1800 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz ediləcəyi bildirilmişdi.
Emil Hüseynov
28/01/13 Çap et