Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ kiberheyətini 5 dəfə artıracaq


“Washington Post” qəzeti yazır ki, Pentaqon yaxın illər ərzində Amerika vətəndaşlarının, dövlətin kompüter sistemləri və şəbəkələrinin təhlükəsizliyini təmin edən, həmçinin kiberhücumlar həyata keçirə bilən əməkdaşlarının sayını 5 dəfədən çox artıracaq.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, 2010-cu ildən fəaliyyət göstərən kiberkomandanlığın əməkdaşlarının sayı 900-dən 4900-dək artırılacaq. Bu barədə ötən ilin sonunda Pentaqonun rəhbərliyinin qəbul etdiyi qərarda qeyd edilib.

2013-cü ildə ABŞ büdcəsindən kibertəhlükəsizliyə 769 milyon dollar ayrılması nəzərdə tutulub. Kiberkomandanlığın kəşfiyyat idarəsinin direktoru, kontr-admiral Seymuel Koks bəyan edib ki, ABŞ kiberhücumlardan düşmənlərə zərər vurmaq üçün istifadə edə bilər.

Emil Hüseynov




29/01/13    Çap et