Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni masa oturaq həyat tərzindən xilas olmağa kömək edəcək (VİDEO)


Milyonlarla insan gün ərzində saatlarla masa arxasında oturmaq məcburiyyətindədir və bu, sağlamlığa mənfi təsir göstərir. Bu problemi aradan qaldırmaq üçün "Active Desk"-in istehsalçıları ofis masası ilə velosiped trenajorunu birləşdiriblər.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, qeyri-adi masanı Yuta Universitetinin nəzdindəki Sağlamlıq Kollecində bədən tərbiyəsi və idman kafedrasının dosenti Cim Martin hazırlayıb.

Onun sözlərinə görə, istifadəçilər gün ərzində 300-dən 800-dək kalori yandıra bilərlər. Oturaq həyat tərzi sağlamlığa son dərəcə mənfi təsir göstərir.

Tibb professoru Ceyms A. Levin araşdırmasında qeyd edib ki, gün ərzində kompüter arxasında və ya televizor qarşısında 4 saatdan çox vaxt keçirən insanlar ürək-damar xəstəlikləri riskinə qarşı 125 faiz daha meyillidirlər.

Emil Hüseynov




29/01/13    Çap et