Təkrar emal edilmiş “DVD” disklərdən hazırlanmış kürəşəkilli muzey
"Miniwiz" şirkəti "iGreen" adlı qeyri-adi aviasiya muzeyi tikməyi planlaşdırır. Binanın tikintisində təkrar emal edilmiş "DVD" və "CD" disklərdən istifadə ediləcək.
"iGreen" muzeyi kürə şəklində tikiləcək və diametri 50 kvadrat metrə bərabər olacaq. Daxilində "5D" kinoteatr, sərgi zalı, mühazirə zalı olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "zhelezyaka.com" saytına istinadən bildirir ki, bina şiddətli küləyə, yağışa və ultrabənövşəyi şüaların təsirinə qarşı dayanıqlıdır.
Xüsusi mikroiqlim sayəsində burada tropik bitkilər yetişdirəcəklər. Kürə şəffaf olduğuna görə gündüz vaxtı binanın içərisinə işıq düşəcək, gecə isə "iGreen" ətrafı işıqlandıracaq. Muzey 2015-ci ildə Çinin Xuasyaonun şəhərində açılacaq.
Emil Hüseynov