Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer”: “Windows 8” ümidləri doğrultmadı


Tayvanın kompüter və noutbuk istehsalçısı “Acer” şirkəti artıq ikinci il ardıcıl olaraq xalis zərərə məruz qalır. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Acer” şirkətinin prezidenti Cim Vonqun “Bloomberg” agentliyinə verdiyi müsahibəsinə əsasən, “Google Chrome” platforması ilə işləyən noutbukların satış həcmi “Windows 8” ilə müqayisədə daha yaxşıdır.

Vonq bildirib ki, “Chrome”-un payı artıq 1 ildən çoxdur ki sabitdir və bu, sistemin zəif noutbukların eniş seqmentində öz mövqeyini tutduğundan xəbər verir. Lakin “Windows 8” əməliyyat sistemi, daha dəqiq isə onun bazara göstərdiyi effekt “Acer” üçün xoşagəlməz sürpriz olub.

"Windows 8” uğurlu məhsul deyil. “Windows 8” ilə işləyən yeni həllərin satış həcmi azdır" – Vonq bildirib. Onun sözlərinə görə, “Chrome OS” bir sıra bazarlarda “Microsoft”un həllərinə qarşı təhlükə doğurur.

Emil Hüseynov




29/01/13    Çap et