Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” 1,5 QHz tezlikli prosessoru olan yeni smartfon hazırlayır


Tayvan şirkəti “HTC”-nin “Omega” smartfonunun əsasını 1,5 QHz takt tezliyində işləyən birnüvəli “Qualcomm Snapdragon” prosessoru təşkil edəcək. Əməli yaddaşın tutumu 512 MB, inteqrasiya edilmiş fləş modulun tutumu 16 QB olacaq. “Super LCD” sensor ekranın diaqonalı 3,8 düym, kəskinlik 800×480 nöqtə təşkil edəcək. Qurğu “Bluetooth 2.1” və “Wi-Fi” (802.11b/g/n) simsiz əlaqə adapterləri, GPS peyk naviqasiya sistemi qəbuledicisi, FM tüner və qulaqcıqlar üçün 3,5 millimetr yuva ilə təchiz ediləcək. Smartfon 8 meqapiksel matrislə kameraya malik olacaq. “Omega GSM” 850/900/1800/1900 MHz və “HSDPA/HSUPA” 900/2100 MHz mobil şəbəkələrində işləyə biləcək. Əməliyyat sistemi “Windows Phone 7 Mango” olacaq.


hard.compulenta.ru




28/07/11    Çap et