Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” telefon bazarının 92 faizinə nəzarət edən əməliyyat sistemi hansıdır?


"Strategy Analytics" tədqiqat şirkətinin məlumatına əsasən, 2012-ci ilin dördüncü rübündə istehsal edilmiş "ağıllı" telefonların 70.1 faizinə "Android" əməliyyat sistemi quraşdırılıb. "iPhone"-nun payı 22 faiz təşkil edib. Beləliklə, "Apple" və "Google"-un platforması "ağıllı" telefon bazarının 92.1 faizinə nəzarət edir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin yekununa görə, "Android" əməliyyat sistemi ilə işləyən təxminən 500 milyon "ağıllı" telefon tədarük edilib. Müqayisə üçün bildirək ki, həmin dövrdə 135.8 milyon "iPhone" tədarük edilib.

Mütəxəssislərin sözlərinə görə, 2013-cü ildə "Microsoft", "Blackberry", "Firefox" və "Tizen" məhsulları sayəsində "ağıllı" telefon bazarında rəqabət güclənəcək.

Emil Hüseynov




29/01/13    Çap et