Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts daha nikbindir


"Microsoft" korporasiyası "Windows 8" əməliyyat sistemi (ƏS) üçün 60 milyon yeniləmə və lisenziya satıb.

Analitiklər və ekspertlərin "Windows 8" ƏS-ni tənqid etməsinə baxmayaraq, Direktorlar şurasının sədri Bill Qeyts "Windows 8" ƏS-ni gələcək üçün özül kimi qiymətləndirir.

O, "Fox Business Network" nəşrinə verdiyi müsahibəsində bildirib ki, yeni əməliyyat sistemi yalnız maraqlı dövrün başlanğıcıdır. "Belə ki, sensor imkanlar reallaşdırılıb, proqram mağazası yaradılıb — bu, kifayət qədər yaxşı başlanğıcdır. Bundan sonra "Microsoft" proqramların sayını və onların keyfiyyətini artırmağa çalışacaq" – deyə Bill Qeyts öz fikrini ifadə edib.

Emil Hüseynov




29/01/13    Çap et