Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
143837 daşınmaz əmlak barədə məlumatlar dövlət əmlakının registrində qeydiyyata alınıb
2013-cü ilin 1 yanvar vəziyyətinə 13841 dövlət təsisatı və filialının 143837 daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının registrində qeydiyyata alınıb.
"ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədilə informasiya sistemlərinin və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər 2012-ci ildə davam etdirilib.
Yerli qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb.
HƏQİQƏT
29/01/13 Çap et