Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il 145 milyon planşet satışa çıxarılacaq
Müasir planşet kompüterlərin əsas üstünlüyü onların əyləncə funksiyası, iş zamanı rahat istifadə edilməsi və yüksək səmərəliliyidir.
"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, 2013-cü ildə 145 milyon planşet satışa çıxarılacaq ki, onların da 19%-i biznes-istifadəçilər üçün nəzərdə tutulacaq.
Analitiklər bildirirlər ki, planşetlər bazarının sürətli artımı innovasiyaların inkişafına mane olur. "İstehsalçılar auditoriyanın ehtiyaclarını təmin etmək məqsədilə məhsul xətlərini genişləndirdikcə innovasiyaların tempi azalır.
"Windows" əməliyyat sistemi və "İntel" çipləri əsasında "iPad"-in müxtəlif modellərinin işə salınması bu il vendorların inkişafına səbəb olacaq", - "ABI Research"-in baş analitiki Ceff Orr belə deyib.
Emil Hüseynov
30/01/13 Çap et