Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad mini” dizaynında “iPad 5”-in korpusunun fotosu internetdə dərc edilib


“Apple”-ın planşet kompüterlərinin siması son iki il ərzində, demək olar ki, dəyişməz olaraq qalır. Göründüyü kimi, “iPad 5”-in görünüşü mühüm dəyişikliklərə məruz qalacaq və bu cihaz “iPad mini”-yə bənzəyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “myapple.az” saytına istinadən bildirir ki, fotolarda təsvir olunan beşinci nəsil “iPad”-in korpusunu “9to5Mac” bloqunun əməkdaşları dərc ediblər. Gözlənildiyi kimi, yeni model kiçik “qardaş”ın dizaynını alır – bir rəngin anodlaşdırılmış alüminiumundan daha incə korpus və ekrandan solda və sağda dar çərçivələr yerləşir.

Xatırladaq ki, daha əvvəl bildirilirdi ki, “Apple”-ın yeni planşetləri martda təqdim edilə bilər, daha sonra relizin 2013-cü ilin oktyabrına daşınması haqqında informasiya yayıldı. Hətta elan payıza keçirilsə belə, korpusun fotolarının dərc edilməsi artıq hazırda xüsusi təəccübə səbəb olmur – “iPhone 5”-in arxa panellərinin birinci şəkilləri modelin rəsmi debütündən 1.5 il əvvəl elan edilmişdi.

Emil Hüseynov




30/01/13    Çap et