Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon” hesabat verib
"Amazon.com Inc." 2012-ci il üzrə maliyyə hesabatını dərc edib. "ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin dördüncü rübündə "Amazon.com Inc."-in xalis mənfəəti 45 faiz azalaraq 97 milyon təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə bu göstərici 177 milyon dollar təşkil etmişdi. Şirkətin əməliyyat mənfəəti 1,6 dəfə artaraq 405 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə bu göstərici 260 milyon dollara bərabər olmuşdu. 2012-ci ilin dördüncü rübündə şirkətin satış həcmi 22 faiz artaraq 21.27 milyard dollar təşkil etmişdi. 2012-ci ildə "Amazon.com" 39 milyon həcmində xalis zərərə məruz qalıb. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə 631 milyon həcmində xalis mənfəət qeydə alınmışdı. 2012-ci ildə şirkətin əməliyyat mənfəəti 21 faiz azalaraq 676 milyon dollar təşkil edib. Satış həcmi 27 faiz artaraq 61.09 milyard dollar təşkil edib.
Emil Hüseynov
30/01/13 Çap et