Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Cisco” “Cognitive Security” şirkətini satın alır
"Cisco Systems"-in bloquna əsasən, o, şəbəkə təhlükəsizliyi üçün həllər hazırlayan özəl Çexiya istehsalçısı "Cognitive Security" şirkətini satın alıb.
Sazişin şərtləri haqqında məlumat verilmir. "Cisco"-nun bəyanatına əsasən, "Cognitive Security" ən müasir şəbəkələrin təhlükəsizliyinin təmin olunması sahəsi üzrə həllər hazırlayır və onlar, hətta qabaqcıl çoxgedişli hücumları belə aşkar etməyə "qadirdir".
"Cognitive Security"-nin işçiləri "Cisco Security Technology Group" bölməsinə keçiriləcək. Saziş apreldə bağlanacaq.
Emil Hüseynov
30/01/13 Çap et