Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün Duqlas Engelbartın ad günüdü
1925-ci il yanvarın 30-da ABŞ-ın Portland şəhərində kompüter "siçan"ının ixtiraçısı Duqlas Engelbart anadan olub.
O, Oreqon Universitetini bitirdikdən sonra ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində xidmət etməyə başlayıb. Engelbart orada Vanniver Buşun "Biz necə düşünə bilərik" məqaləsini oxuyur. Bu məqalə gələcək ixtiraçını elektrotexnika üzrə təhsil almağa ruhlandırır. O, 1957-ci ildə Stendford Elmi Tədqiqat İnstitutunda çalışmağa başlayır: orada elektron qurğuların kiçildilmə prosesini araşdırırdı. Bundan sonra o, "DARPA"-dan maliyyələşdirmə almağa nail olur.
Enqelbart öz komandası ilə birlikdə hipermətn, "siçan", qrafik interfeys hazırlamaqla məşğul olur. Enqelbart hazırlamalarını 1968-ci ildə "The Mother of All Diamonds" sərgisində nümayiş etdirmişdi. O zaman həm də ilk dəfə kompüter "siçan"ı təqdim edilmişdi.
Engelbart texnologiya sahəsi üzrə xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Məsələn, 1997-ci ildə o, dünyanın ən böyük mükafatı sayılan "Lemelson-MIT" ilə təltif edilmişdi. 3 il sonra ABŞ prezidenti Bill Klinton onu ABŞ-ın ən yüksək texniki mükafatı sayılan "Texnologiya və İnnovasiya üzrə Milli Medal"la təltif etmişdi.
Emil Hüseynov
30/01/13 Çap et