Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” “ağıllı” telefonlarını fevralın 25-də təqdim edəcək
"Nokia" şirkəti fevralın 25-də "Barselonada MWC 2013" sərgisində keçirəcəyi tədbir üçün jurnalistlərə dəvət göndərib. Ənənəvi olaraq, şirkət təqdim edəcəyi "ağıllı" telefonlar haqqında heç bir məlumat verməyib.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Finlandiya şirkəti "MWC 2012" sərgisində büdcəyə uyğun "Lumia 610" və 41 meqapiksel təsvir ölçüsünə malik kamera ilə təchiz edilmiş "808 PureView" "ağıllı" telefonlarını təqdim etmişdi.
Şayiələrə görə, "Nokia" bu dəfə də qabaqcıl kamera ilə təchiz edilmiş model təqdim edəcək, lakin qurğu "Windows Phone 8" əməliyyat sistemi ilə işləyəcək.
Emil Hüseynov
30/01/13 Çap et