Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ilk dəfə olaraq ultramüasir formatda televiziya yayımı reallaşdırılacaq
Yaponiyanın "Asaxi Şimbun" nəşri yazır ki, 2014-cü ilin iyulundan etibarən ölkə ərazisində "4K" formatında televiziya yayımına start veriləcək.
Beləliklə, Yaponiyada dünyada ilk dəfə olaraq ultramüasir formatda televiziya yayımı reallaşdırılacaq. Xatırladaq ki, "4K" və ya "UltraHD" formatı "HD" ilə müqayisədə 4 dəfə daha keyfiyyətli təsvir ölçüsü təklif edir.
Yaponiyada sonuncu analoq televiziya kanalı 2012-ci ilin martında bağlanıb.
Emil Hüseynov
30/01/13 Çap et