Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“XSS” hücumların sayı təhlükəli templə artır


"Firehost" hostinq şirkətinin məlumatına görə, son üç ay ərzində "XSS" hücumların sayı 160 faiz artıb.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, hər rüb xidmət göstərdiyi resurslara edilmiş müxtəlif haker hücumları barədə məlumat dərc edən şirkətin analitiklərinin məlumatına əsasən, 2012-ci ilin dördüncü rübündə "XSS" hücumların həcmi gözlənilmədən təxminən 160 faiz artıb.

"Biz 2012-ci ildə hər cür tipli 64 milyondan çox hücumun qarşısını almışıq" – şirkətin mütəxəssisləri bildiriblər. Analitiklərin məlumatına əsasən, SQL inyeksiyaların sayı da artıb.

Emil Hüseynov




31/01/13    Çap et