Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un xalis mənfəəti azalıb


"Facebook" sosial şəbəkəsinin xalis mənfəəti 1 il ərzində 95 faiz azalaraq 2012-ci ilin yekununa görə 53 milyon dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 1 milyard dollar təşkil etmişdi.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə sosial şəbəkənin mədaxili 37 faiz artaraq 5 milyard dollara bərabər olub. 2012-ci ilin dördüncü rübündə "Facebook"un xalis mənfəəti 79 faiz azalaraq 64 milyon dollar təşkil edib.

Sosial şəbəkənin rüblük mədaxili 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artaraq 1,59 milyard dollar təşkil edib. Şirkətin reklamdan əldə etdiyi gəlir rüb ərzində 41 faiz artıb.

Emil Hüseynov




31/01/13    Çap et