Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Canon” şirkətinin xalis mənfəəti, demək olar ki, dəyişməyib


Fotokamera və printer istehsalçısı "Canon" 2012-ci ilin dördüncü rübündə xalis mənfəətin cüzi azalmasını elan edib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin son rübünün yekununa görə, yapon şirkətinin xalis mənfəəti 61.17 milyard yena (674.6 milyon dollar) təşkil edib. Bu göstərici ötənilki (61.44) ilə müqayisədə cüzi azdır.

İllik hesablama üzrə əməliyyat mənfəəti 94.61-dən 77.7 milyard yenaya kimi azalıb, mədaxilin həcmi isə 1.4 faiz azalaraq 951,39 milyard yena təşkil edib.

Emil Hüseynov




31/01/13    Çap et