Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ankarada zabitlər üçün kiberterrorizm sahəsi üzrə kurslar keçiriləcək
Bu il Türkiyənin paytaxtı Ankara şəhərində "Kiberterrorizm sahəsində xəbərdar olma - siyasət və idarəetmə səviyyələri" mövzusunda kurslar təşkil olunacaq.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi (MN) informasiya yayıb. Sözügedən tədbir gələn ayın 11-dən 15-nə kimi keçiriləcək. Kurslarda MN-in zabitləri də yaxından iştirak edəcək.
Məlumat üçün bildirək ki, sözügedən kurslar «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında reallaşacaq.
SEYMUR
31/01/13 Çap et