Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlin əvvəlindən elektron ticarət dövriyyəsinin həcmi 417 min manatı ötüb


Bu ilin birinci yarısında Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi 417,1 min manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda ölkədə biznes sektorunun fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, genişmiqyaslı elektron ticarət sisteminin yaradılması və inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir: "Ölkə ərazisində 37 hüquqi və fiziki şəxsə məxsus ticarət və xidmət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edərək "Elektron ticarəti" tətbiq etməyə başlayıb". Elektron ticarət üzrə istehlak mallarının satışının 96 faizi hüquqi şəxslərin, 4 faizi fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 99,5 faizini qeyri-ərzaq mallarının satışı təşkil edib.




28/07/11    Çap et