Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefon istifadəçiləri bu sosial şəbəkəyə böyük maraq göstərir


2012-ci ilin oktyabr-dekabr aylarının yekununa görə, "Facebook"un mobil xidmətlərinin gündəlik auditoriyası ilk dəfə olaraq sosial şəbəkənin veb-versiyasının istifadəçilərinin sayını ötüb.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Facebook"un dekabr üçün təqdim etdiyi məlumata əsasən, veb-versiyanın gündəlik auditoriyası 618 milyon istifadəçi təşkil edib. "Facebook"un ayda ən azı 1 dəfə sayta daxil olan mobil istifadəçilərinin sayı 680 milyonu ötür.

Bu göstərici 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 57 faiz artıb. Ümumilikdə, 2012-ci ilin dekabrında "Facebook"un aylıq aktiv auditoriyası 1,06 milyard istifadəçi təşkil edib.

Emil Hüseynov




31/01/13    Çap et