Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəffaf smartfonun prototipi hazırlanıb
Tayvanın "Polytron Technologies" şirkəti tam şəffaf smartfonun prototipini təqdim edib.
"ICTnews.az" elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, modelin yaddaş kartı, kamera və bir sıra mikrosxemləri olduğu kimi görünən qalıb.
Qalan hissələr isə smartfonun mərkəzində kiçik şəffaf sensor ekran olmaqla şəffaf plastindən hazırlanıb. Şirkət qurğunun 2013-cü ilin sonuna kimi hazır olacağını bildirib.
Emil Hüseynov
31/01/13 Çap et