Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-da “Riyaziyyat” və “İnformatika” bölmələri üzrə beynəlxalq konfrans keçiriləcək


Bu il 29-31 may tarixlərində AMEA Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. Konfransın işi "Riyaziyyat" və "İnformatika" bölmələri üzrə təşkil ediləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən AMEA-dan bildirilib ki, bölmə iclaslarında "Funksional analiz", "Operatorların spektral nəzəriyyəsi", "Approksimasiya nəzəriyyəsi", "Süni neyron şəbəkələr", "Qeyri-səlis sistemlər", "Obrazların tanınması" və digər mövzular müzakirə ediləcək.

Maraqlananlar martın 20-dək qeydiyyatdan keçə bilərlər. Konfransda ən yaxşı çıxışların mətnləri "Azərbaycan riyaziyyat jurnalı"nda "Azerbaijan Journal of Mathematics" (www.azjm.org) çap olunacaq. Tezislər aprelin 1-dək "apmi2013@azjm.org" elektron ünvanı vasitəsilə qəbul olunur.
Ətraflı məlumatı "www.apmi2013.azjm.org." saytından əldə etmək olar.

HƏQİQƏT




01/02/13    Çap et