Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə nümayəndə heyəti Bakıda səfərdədir
Afrika İttifaqının insan resursları, elm və texnologiya üzrə komissarı Jan Pier Ezinin rəhbərlik etdiyi nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin dəvəti ilə Bakıda səfərdədir.
Fevralın 4-nə qədər davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Xarici İşlər Nazirliyində, Dövlət Neft Fondunda, Gənclər və İdman Nazirliyində, Azərbaycan Diplomatiya Akademiyasında olacaq və müxtəlif gənclər təşkilatları ilə görüşəcəklər.
"ICTnews" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Afrika İttifaqı ilə gənclər sahəsində əməkdaşlıq, Azərbaycanın Afrika İttifaqının Gənclər nazirlərinin konfransında müşahidəçi statusda təmsil olunması, Afrika dövlətlərinin gəncləri üçün "təlimçilər üçün təlim" proqramının təşkili, gənc mütəxəssislər üçün təcrübə kurslarının keçirilməsi, gənclər təşkilatları arasında əməkdaşlıq, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı gənc mütəxəssislər üçün Azərbaycan təcrübəsinin öyrənilməsi və s. istiqamətlərdə əməkdaşlıq kimi məsələlər müzakirə ediləcək.
HƏQİQƏT
01/02/13 Çap et