Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbələrinin beynəlxalq pul köçürmələri sistemləri əlaqələri genişlənir


“Azərpoçt” MMC-də banklarda göstərilən xidmətlərin tətbiqi prosesi həyata keçirilməkdədir.Bu barədə müəssiədən verilən məlumatda bildirilur. Məlumatda qeyd edilir ki, bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə Azərpoçt MMC-nin müvafiq qurumları arasında danışıqlar aparılır.

“Western Union” beynəlxalq pul köçürmələri sistemi ilə “Azərpoçt” MMC arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən “Azərpoçt” MMC-nin tabeli poçt filialı (PF) və poçt şöbəsi (PŞ) “Western Union” beynəlxalq pul köçürmələri sisteminin tətbiqi davam edir.

Hal-hazırda 350-dən çox poçt şöbəsi “Western Union” beynəlxalq pul köçürmələri sistemində qeydiyyatdan keçib və həmin poçt şöbələri tərəfindən əhaliyə xidmət göstərilir. “Azərpoçt” MMC ilə “RusSlavbank” arasında imzalanmış müqaviləyə əsasən “CONTACT” Beynəlxalq pul köçürmələri “Azərpoçt” MMC-nin Bakı daxili və rayon şöbələri tərəfindən həyata keçirilir.

Hazırda “CONTACT” Beynəlxalq pul köçürmələri ölkədaxili 130 poçt şöbəsində istifadəyə verilib. “Azərpoçt” MMC ilə “Muğanbank” ASC arasında imzalanmış müqaviləyə əsasən “Monex” təcili pul köçürməsi sisteminin bütün poçt şöbələrində fəaliyyətinin həyata keçirilməsi prosesi mümkün olacaqdır. “Migom” beynəlxalq pul köçürməsi sistemi arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə uyğun isə Bakı, Abşeron, Sumqayıt poçt filiallarında “Migom” beynəlxalq pul köçürməsi sisteminin fəaliyyəti həyata keçirilir.

NKO CFT “Zolotaya Korona” və “Azərpoçt” MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin bağlanmasına dair ilkin razılıq əldə edilib. “Azərpoçt” MMC ilə “Caspian Money Transfer” beynəlxalq pul köçürmələri və “Zaminbank” ASC ilə müxbir hesabların açılmasına dair qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.  “Caspian Money Transfer” beynəlxalq pul köçürmələri də Bakı daxili və rayon şöbələrində əhalinin istifadəsindədir.

RƏVAN




01/02/13    Çap et