Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Siyasi partiyalar illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə elektron qaydada təqdim edə bilərlər
Siyasi partiyalar illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə elektron qaydada təqdim edə bilərlər.
“ICTnews” elektron xəbər xidmətinin adı çəkilən nazirliyə istinadən verdiyi məlumata görə, siyasi partiyalar tərəfindən 2012-ci il üçün tərtib edilmiş maliyyə hesabatları elektron formada Azərbaycanın Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar yalnız “Word”, “Exel”, “Adobe acrobat” (PDF) formatlarında nazirliyin rəsmi “www.maliyye.gov.az” internet saytından elektron xidmətlər/ hesabatların qəbulu/ maliyyə hesabatları/ siyasi partiyaların maliyyə hesabatları bölməsindən və ya “sp-hesabat@maliyye.gov.az” e-mail ünvanından göndərilə bilər.
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.5-ci maddələrinə uyğun olaraq siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyinə təqdim edilməsi və auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirilməsi nəzərdə tutulub.
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 20 aprel 2012-ci il tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 263 nömrəli 16 noyabr 2012-ci il tarixli Qərarı ilə “Siyasi partiyaların illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilmə Qaydası"nda siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsi və auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirilməsi üzrə prosedur qaydası müəyyən edilib.
Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərinə əsasən, siyasi partiyaların nəzərinə çatdırılır ki, göstərilən müddət ərzində və müəyyən olunmuş prosedur qaydalarına uyğun olaraq onlar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edilməli və kütləvi informasiya vasitələrində dərc etdirilməlidir.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədilə Maliyyə Nazirliyi həmin təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün 13-15, 19-21 və 25-27 fevral 2013-cü il tarixlərində seminar-praktikumun təşkil edilməsini nəzərdə tutur.
CAHANGİR
01/02/13 Çap et