Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Internet Explorer” brauzerinin mövqeyi güclənir


"Net Applications" şirkətinin məlumatına əsasən, 2013-cü ilin yanvarında "Microsoft"un brauzerinin bazar payı 55,14 faiz təşkil edib. Bu göstərici ötən ayla müqayisədə 0,37 faiz təşkil edib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Chrome" brauzerinin bazar payı 18-dən 17,48 faizədək azalıb.

Müqayisə üçün qeyd edək ki, 1 il bundan əvvəl kompüter istifadəçilərinin 19 faizi bu brauzerlə internetə daxil olurdu. "Firefox" brauzerinin bazar payı 20 faizə yaxınlaşıb. "Safari" və "Opera"nın göstəriciləri, demək olar, dəyişməyib. Onların bazar payı müvafiq olaraq, 5,24 və 1,75 faiz təşkil edib.

Emil Hüseynov




01/02/13    Çap et