Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daşınmaz əmlakla bağlı elektron arxivin yaradılması davam edəcək
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində saxlanma vahidləri vahid qovluq sisteminə keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.
Komitədən bildirilib ki, bu istiqamətdə skanlaşdırma işlərinin sürətləndirilməsi məqsədilə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur: "Hazırda kağız daşıyıcılardakı məlumatların elektron daşıyıcılara köçürülməsi davam edir.
Elektron arxivin yaradılması ilə bağlı işlər cari ildə də həyata keçiriləcək. Bu işlərin həyata keçirilməsi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə həvalə edilib".
HƏQİQƏT
01/02/13 Çap et