Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” qrafeni araşdıracaq
“Nokia” şirkəti Yer kürəsinin ən bərk və nazik materialı olan qrafeni araşdırmaq üçün Avropa İttifaqından qrant almış şirkətlərdən biridir. Ayrılmış subsidiyanın həcmi 1,35 milyard dollar təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, "Nokia” layihədə iştirak etməsindən qürur hissi duyduğunu bildirib.
Biz 2006-cı ildən qrafen üzərində tədqiqatlar aparmağa başlamışıq" – şirkətin texniki direktoru Henri Tirri qeyd edib. Qrafeni 2004-cü ildə rusiyalı immiqrantlar Andrey Qeym və Konstantin Novoselov kəşf edib.
2010-cu ildə onlar “Nobel” mükafatına layiq görülüblər. Qrafen ən nazik və bərk maddə olmasından başqa, bir sıra digər mühüm xüsusiyyətlərə də malikdir. O, şəffaf, elastikdir və mislə müqayisədə elektriki daha yaxşı keçirir.
Emil Hüseynov
01/02/13 Çap et