Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Banner reklamı pornosaytlardan daha təhlükəlidir
"Cisco" şirkətinin məlumatına əsasən, reklam bannerlərinə klik edənlərin kompüterlərinin zərərli proqram təminatına yoluxma riski pornosaytlara daxil olanlarla müqayisədə daha yüksəkdir.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Cisco" mütəxəssislərinin araşdırmasına əsasən, virusları əksər hallarda axtarış xidmətləri, böyük şirkətlərin saytları və sosial şəbəkə saytları yayır. "Tez-tez səslənən fikrə əsasən, istifadəçilər kompüterlərinin virusa yoluxmasında özləri günahkardırlar, lakin veb son dərəcə mürəkkəb sistemdir və insanlar bəzən səhv edirlər" - Meri Lendsman bildirib. Hesabata əsasən, 2012-ci ildə zərərli reklamın həcmi əhəmiyyətli dərəcədə artıb.
Android" platformasına hədəflənmiş zərərli proqram təminatının həcmi 2577 faiz artıb.
Emil Hüseynov
02/02/13 Çap et