Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"İntel" ikinüvəli çiplə təchiz olunmuş "ağıllı" telefon hazırlayır


"İntel" şirkəti ikinüvəli prosessorla təchiz ediləcək bir neçə "Android"-qurğu hazırlayır. Yeniliklər 25-28 fevralda Barselonada keçiriləcək "Mobile World Congress" (MWC) sərgisində təqdim olunacaq. Həmçinin inkişaf etməkdə olan ölkələr üçün "Z2420" (Lexington) platformasında işləyəcək ucuz "ağıllı" telefon, planşet və ultrabuk xətti təqdim ediləcək.

Qeyd edək ki, şirkət "Z2420" platformasını cari ilin yanvarında keçirilmiş "CES" sərgisində təqdim etmişdi. Platforma 1,2 QHs takt tezliyində işləyən "Saltwell" arxitekturasına əsaslanır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Z2420" platforması əsasında işləyən "ağıllı" telefonlar iki "SİM"-kart taxmaq üçün slotla təchiz ediləcək.

Emil Hüseynov




02/02/13    Çap et