Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Sony" "mini-disk" istehsalını dayandırır


"Sony" şirkəti "mini-disk" (MiniDisc və ya MD) pleyerlərinin istehsalını dayandıracaq. Bu barədə Yaponiyanın "Asaxi simbun" nəşrinə istinadən "Engadget" bloqu yazıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Sony" şirkəti "Walkman" ticarət markası altında buraxılan pleyerlərin son partiyasını 2013-cü ilin martında tədarük edəcək. Şirkət 1992-ci ildən etibarən 27 milyondan çox qurğu satıb.

"Mini-disk" - maqnit-optik məlumat daşıyıcısıdır, plastik kartricə yerləşdirilmiş 64 millimetr diametrli diskdir. "Sony" şirkəti onu 1992-ci ildə hazırlayıb. "Mini-disk" kasetlərə alternativ kimi təqdim olunmuşdu və hər şeydən əvvəl səsin saxlanılması üçün nəzərdə tutulmuşdu. Bir diskə 74-80 dəqiqəlik musiqi yazmaq mümkün idi. "Mini-disk" yenidən yazılan "CD" və fləş-yaddaşın meydana çıxması ilə populyarlığını itirdi.

Emil Hüseynov




02/02/13    Çap et