Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orfoqrafiya səhvləri barədə xəbərdarlıq edən elektron qələm yaradılıb


Almanların hazırladığı “Lernstift Pen” adlı diyircəkli qələm daxili elektron qurğuya malikdir və o, yazan şəxsin əl hərəkətlərini müəyyənləşdirərək yazıları düzgünlük baxımından təhlil edir və səhv qeydə aldığı zaman bu barədə vibrasiya ilə bildirir. Bu cür texnologiya yazan şəxsə səhvləri aradan qaldırmaqda yardımçı olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, mövcud iki rejimdən birini aktivləşdirmək olar: ya mətni qrammatik və orfoqrafiya səhvləri baxımından yoxlamaq və ya xətti düzəltmək. İstehsalçılar qurğunun gələcək versiyalarının daha çox imkana malik olacağına söz veriblər.

Emil Hüseynov




04/02/13    Çap et