Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni superkompüter beynin işini imitasiya edəcək
Avropa İttifaqı insan beyninin işini dəqiq surətdə imitasiya etmək bacarığına malik olan unikal superkompüterin yaradılması üzrə beynəlxalq layihəni təsdiqləyib.
Layihə 2023-cü ilədək Avropa, ABŞ və İsrailin bir neçə aparıcı ali məktəbində çalışan mütəxəssislər tərəfindən reallaşdırılacaq. Unikal superkompüterin yaradılmasına ümumilikdə 1 milyarddan çox avro xərclənəcəyi planlaşdırılır.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, layihə çərçivəsində hazırlanacaq superkompüter neyrobiologiya sahəsini inkişaf etdirəcək. Dünya alimləri superkompüterdən bu sahədə tədqiqatların aparılması üçün açıq platforma kimi istifadə edəcək.
Emil Hüseynov
04/02/13 Çap et