Cənubi Koreya indiyə qədər görünməmiş ən böyük kiberhücuma məruz qalıb
Naməlum hakerlər Cənubi Koreyada məşhur olan “Nate” internet portalına və “Cyworld” sosial şəbəkəsinə hücum ediblər. Bu barədə “Reuters” xəbər verib. Qırma nəticəsində kibercinayətkarlar 35 milyon istifadəçinin şəxsi məlumatlarına (ad və soyad, telefon nömrələri və elektron poçt ünvanı daxil olmaqla) giriş əldə ediblər. Bildirilib ki, miqyasına görə bu, ölkə tarixində ən böyük kiberhücumlardan biri olub. Hər iki hücum olunmuş veb-resurs – “Nate” portalı və “Cyworld” sosial şəbəkəsi “SK Communications” şirkətinə aiddir. Bu şirkətə isə, Cənubi Koreyanın mobil operatoru olan “SK Telecom” nəzarət edir.
Qeyd edək ki, “Nate” ölkədə 3-cü populyar internet portalıdır. “Cyworld” sosial şəbəkəsində təxminən 25 milyon istifadəçi qeydiyyatdan keçib. Ölkə polisi hadisənin araşdırılmasına başlayıb. “SK Communications” nümayəndəsi bildirib ki, qırma Çində qeyd edilmiş “İP” ünvanlardan həyata keçirilib. Bu barədə “Yonhap” Cənubi Koreya informasiya agentliyi bildirib.
lenta.ru