Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Twitter”in 250 min istifadəçisinin şifrəsini ələ keçiriblər


Kibercinayətkarlar cümə günü "Twitter" mikrobloqlarının serverlərinə hücum edərək onun təxminən 250 min istifadəçisinin ad, şifrə və elektron poçt ünvanlarını ələ keçiriblər.

"Həyata keçirilmiş hücum həvəskarların işi deyil" – "Twitter"in informasiya təhlükəsizliyi üzrə direktor Bob Lord öz mikrobloqunda yazıb. Onun fikrincə, xidmətə edilmiş kiberhücum bu yaxınlarda Amerikanın bəzi texnologiya şirkətlərinin serverlərinin "sındırılması" ilə əlaqəli ola bilər.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Twitter" rəhbərliyi bütün istifadəçilərinə ehtiyat tədbiri qismində şifrələrini dəyişdirməyi tövsiyə edib.

Emil Hüseynov




04/02/13    Çap et