Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “Facebook” un nə qədər istifadəçisi var?
2013-cü il fevralın 4-nə olan məlumata əsasən, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 996140 nəfər təşkil edir. Müqayisə üçün bildirək ki, ötən ay bu göstərici 957 min nəfər təşkil edirdi.
“ICTnews.az” elektron xəbər xidməti “socialbaker.com” saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda “Facebook“ istifadəçilərinin sayı 142 min artıb. Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 82-ci yerdə qərarlaşıb.
Müqayisə üçün qeyd edək ki, ötən ay 84-cü mövqedə qərarlaşmışdı. Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (107), Estoniya (106), Latviya (109), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (148) ölkələrini qabaqlayır. “Socailbaker.com”-un versiyasına görə, Azərbaycanda “Facebook”dan əhalinin 12 faizi və ölkənin ümumi internet istifadəçilərinin 23.57 faizi istifadə edir.
Azərbaycanda “Facebook” istifadəçilərinin 497 mini 18-24 yaş aralığındadır. “Facebook” pərəstişkarlarının əksəriyyəti (64 faiz) əvvəlki kimi kişilərdir. “Facebook” istifadəçilərinin sayına görə ABŞ (164 milyon) əvvəlki kimi liderdir. Braziliya (65 milyon) ikinci, Hindistan (61 milyon) üçüncü, İndoneziya (48 milyon) isə dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib. Vatikan ən az “Facebook” istifadəçisinə (20 nəfər) malikdir.
Emil Hüseynov
04/02/13 Çap et