Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter cinayətkarlığı ilə bağlı növbəti həbs


"Fortezza" ləqəbli cinayətkar bank məlumatlarını oğurladığını etiraf edib. "ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, Amerika məhkəməsi Hollandiya vətəndaşını 12 il müddətinə azadlıqdan məhrum edib.

Cari il fevralın 1-də şəbəkədə "Fortezza" ləqəbi ilə tanınan Devid Şruten hələ ötən ilin ortalarında ona qarşı irəli sürülmüş ittihamların bir neçə bəndi üzrə öz günahını etiraf edib. Xatırladaq ki, istintaq tədbirləri zamanı aydın olub ki, fırıldaqçılar, ticarət terminallarının verilənlər bazasına daxil olan, kredit kartlarının nömrələrini köçürən və onları hakerlərin nəzarət etdiyi serverlərə göndərən zərərli proqramdan istifadə ediblər.

Əməliyyat məlumatına əsasən, hakerlər bir sazişlə 44 minədək kredit kartı nömrəsi satıblar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, təxminən 100 min insan kibercinayətkarların "qurban"ı olub. Zərərin həcmi 63 milyon dollardan çox olub.

Emil Hüseynov




04/02/13    Çap et