Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dizaynerlər üçün yeni qələm
"Hammacher Schlemmer" şirkəti dizaynerler üçün sənədləri skan edən diyircəkli dizayner qələm təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, "Pen-Sized Scanner"-in yuxarı hissəsinə avtofokuslu mikroobyektiv və həcmi 1 qiqabaytlıq mikrosxemli fləş-yaddaşı olan beş meqapikselli kamera yerləşdirilib.
"cnews.ru" saytının məlumatına görə, bu, həcmi 2048x1536 pikselli 1000 şəkli saxlamaq üçün kifayət edir. Bundan başqa, bu qeyri-adi qələmə "çərçivələməkdə" kömək edən kameranın fokuslaması zamanı sərhədləri skan edən lazer də daxil edilib.
Emil Hüseynov
04/02/13 Çap et