Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekspertlər “Windows Phone” və “BlackBerry 10” platformalarının gələcəyinə inanırlar
"ABI Research" analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ilin sonunadək dünyada istifadə edilən "ağıllı" telefonların sayı 1,4 milyard təşkil edəcək. Onların 57 faizi "Android" mobil əməliyyat sistemi, 21 faizi isə "iOS" platforması ilə işləyəcək. Müvafiq dövrdə dünyada təxminən 268 milyon planşet istifadə olunacaq, onların 62 faizi "alma" cihazlarının, 28 faizi isə "Android" qurğuların payına düşəcək.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna əsasən, 2012-ci illə müqayisədə "ağıllı" telefonların sayı 44 faiz, planşetlərdə isə 125 faiz artacaq. Hazırda "Apple" və "Google" şirkətlərinin mobil cihazlar bazarında hegemonluq etməsinə baxmayaraq, gələcəkdə bu iki şirkətin inhisarçılığı bu dərəcədə olmayacaq.
"ABI Research"-in analitiki Aapo Markkanen mobil seqmentin iki digər "oyunçu"su – "Windows Phone" və "BlackBerry 10" platformalarının gələcəyinə inandığını bildirib:
"2013-cü il həm Microsoft üçün, həm də BlackBerry üçün uğurlu olmalıdır. Biz hesab edirik ki, 2013-cü ilin sonunadək Windows Phone ƏS-i ilə işləyən 45 milyon və BlackBerry 10 ilə 20 milyon aparat satılacaq".
Emil Hüseynov
04/02/13 Çap et