Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oracle” təhlükəsziliyi gücləndirir


"Oracle" təhlükəsiz kommunikasiya texnologiyaları tədarükçüsü "Acme Packet" şirkətini 2,1 milyard dollara satın aldığını bəyan edib. Şirkətdən verilmiş məlumata əsasən, bu saziş onun "bulud" həllər sahəsi üzrə proqram portfoliosunu gücləndirməyə imkan verəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, sazişin şərtlərinə əsasən, "Oracle" "Acme" şirkətinə onun hər bir səhminə görə 29,25 dollar ödəyəcək.

"Oracle" şirkəti satın aldığı texnologiya barəsində bildirib ki, o, "IP" protokol üzrə təhlükəsiz və etibarlı kommunikasiya həyata keçirməyə imkan verir.

Emil Hüseynov




05/02/13    Çap et