Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli internet seqmentində 556 yeni domen qeydiyyatdan keçib


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı durmadan artır.

"İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, 5 fevral vəziyyətinə əsasən, ".az" domen zonasında artıq 16796 domen adı qeydiyyatdan keçib.

Domenlərin böyük əksəriyyəti ".az" (15636) domeninin payına düşür. Həmçinin 675 ədəd ".com.az" domeni qeydiyyatdan keçib. Sonrakı yerlər aşağıdakı kimidir:










1. .pro.az 4

2. .name.az 6

3. .biz.az 14

4. .info.az 24

5. .co.az 41

6. .pp.az 42

7. .int.az 45

8. .net.az 56

9. .org.az 89

10. .edu.az 160


İlin əvvəlindən ləğv olunan domenlərin sayı 69, qeydiyyata düşən domenlərin sayı isə 556-dır. ".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib. Məlumat üçün bildirək ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

Emil Hüseynov




05/02/13    Çap et